Doqquz yaşlı qız universitet məzunu olacaq – FOTObackend

Doqquz yaşlı qız universitet məzunu olacaq - FOTO

Universitetə bir il öncə qəbul olmuş Laurent Simons elektrik mühəndisliyi fakültəsində oxuyur.

KONKRET.az xəbər verir ki, o, orta məktəbin altı illik proqramını cəmi 1,5 il ərzində mənimsəmiş və ötən yay, səkkiz yaşında ikən orta təhsili bitirdiyinə dair sənəd alıb.

Laurent yaz tətilindən sonra universitetdə oxumağa başlayıb, proqramını bütün sinif yoldaşlarından daha sürətli mənimsəyib.

9 yaşlı hollandiyalı Laurent Simons Eindhoven Texniki Universitetini bitirəndə ən gənc diplom sahibi olacaq.

Onun bu yolda sələfi 10 yaşlı Alabama məzunu amerikalı Maykl Karneydir.

Uşağın IQ-sü 145-ə bərabərdir.

Laurentin sevimli fənni riyaziyyatdır, çünki bura statistika, cəbr və həndəsə daxildir.

Gələcəkdə o, kardioloq-cərrah olmaq istəyir. Hələ məktbədə ikən Laurent Amsterdam Universitetinin tibb fakültəsində kurs keçib.

Laurent Simonsun sözlərinə görə, o, insan ömrünü uzatmaq üçün vasitə tapmaq istəyir.

Laurent Simonsun anası Hollandiyadandır, atası isə Belçikalıdır. Laurent özü Belçikada doğulub, sonradan ailə Hollandiyaya köçüb.

Valideynlərin sözlərinə görə, onlar çoxdan anlayıblar ki, ailədə vunderkind böyüyür. Atası danışır ki, oğlu oyuncaqlarla xüsusi maraqlanmayıb və yaşıdlarından seçilib.

“Əgər o sabah qərar versə ki, dülgər olacaq, bu bizim üçün problem olmaz. Əsas odur ki, bu onu xoşbəxt etsin”, – Laurent Simonsun atası deyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*