Dörd ölkədən Azərbaycan qazının Suriyaya nəqlinə dair – Birgə bəyanatbackend

Dörd ölkədən Azərbaycan qazının Suriyaya nəqlinə dair - Birgə bəyanat

Türkiyə, Azərbaycan, Qətər və Suriya “Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri”nin işə salınması ilə bağlı birgə bəyanat yayıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin “X” sosial media hesabında paylaşılan birgə bəyanatda bunun dörd ölkə arasında əlaqələrin dərinləşdirilməsində əhəmiyyətli bir addım olduğu bildirilib.

Bəyanatda rekord müddətdə həyata keçirilən layihənin Suriyanın 2024-cü ilin dekabrında baş verən tarixi hadisələrdən sonra yenidən qurulması və normallaşması prosesinə həyatı dəstək verdiyi vurğulanıb:

“Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında keçən və sutkalıq gücü 6 milyon kubmetr olan bu yenilənmiş boru kəməri rəsmi olaraq 2 avqust 2025-ci ildə istismara verilib. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriyanın bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir.

Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlaması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq”.

Bəyanatda qeyd olunub ki, bu təşəbbüs güclü humanitar təsirə malikdir və birbaşa olaraq Suriya iqtisadiyyatının canlanmasına və xalqın həyat şəraitinin yaxşılaşmasına töhfə verəcək:

“Bundan başqa, ölkələrimiz regionda sülhü, sabitliyi və rifahı möhkəmləndirmək əzmində olduqlarını bir daha təsdiqləyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*