Dörd yaşlı vunderkind 3 dildə yazır – FOTOLARbackend

Dörd yaşlı vunderkind 3 dildə yazır - FOTOLAR

Dörd yaşlı ingilis oğlan üç dildə oxumağı və yazmağı öyrənib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri yayıb.

İngiltərənin Çeşant şəhərindən olan 4 yaşlı Ayzek Miller gəzinti zamanı reklam afişalarında yazılanları oxumağı öyrənib.

Uşağın 32 yaşlı anası Mişel Nelson qeyd edir ki, insanlar belə kiçik bir uşağın oxuya biləcəyinə inana bilmirlər.

Üstəlik, Ayzek IQ-sü yüksək olan insanların cəmiyyətinə qəbul edilib.

Mütəxəssislər uşağı çox yüksək ümumi zəkaya və uyğun sxolastik nailiyyətlərə sahib bir insan olaraq xarakterizə ediblər. Onun İQ-sü 154-dür.

Oğlanın cəmiyyətə daxil olması üçün testi müstəqil bir araşdırma zamanı yoxlanılıb, çünki on yaşından kiçik uşaqlar üçün test tətbiq olunmur.

İndi dörd yaşlı Ayzek Miller ingilis, yunan və ərəb dillərində oxuya və yaza bilir.

Oxu bacarıqları demək olar ki, səkkiz yaşlı, riyazi bacarığı isə altı yarım yaşlı bir uşağa bənzəyir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*