Dörd yolun qovşağında XAOS: Sürücülər harada dayanacağını bilmirlərbackend

Dörd yolun qovşağında XAOS: Sürücülər harada dayanacağını bilmirlər

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

KONKERT.az xəbər verir ki, bu dəfə Bakıda yerləşən 20 nömrəli məktəbin qarşısı – Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsində sürücüləri narahat edən problemlərlə bağlı məlumat verilib.

Qeyd edilib ki, Hüseyn Cavid prospektindən Parlament prospekti istiqamətində gedənlər üçün yerdə “Stop” xəttinin olmaması sürücülərdə çaşqınlıq yaradır. Əgər burada başqa istiqamətlərdəki kimi “Stop” xətti olsa, sürücülər də harada dayanacaqlarını bilərlər.

Vurğulanıb ki, digər çaşdırıcı məqam isə Nərimanov heykəli istiqamətində – Mikayıl Müşfiq küçəsi ilə gedənlər üçün var: “Əvvəl burada zolaqların sayı bir idi. Bir neçə ay əvvəl Baku TV-nin etdiyi çəkilişdən sonra isə bir zolaq genişləndirilərək iki zolaqla əvəz olundu. Lakin zolağın köhnə sərhədi ilə yenisinin fərqlənməməsi bəzən çaşqınlığa səbəb olur”.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*