“Dostlarıma qürurla dedim ki…” – Şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu – VİDEObackend

Dostlarıma qürurla dedim ki...” - Şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu - VİDEO

“Azərbaycan ordusu ilə fəxr edirəm. Onlar bütün şəhidlərin qisasını aldılar”.

KONKRET.az xəbər verir ki, bunu şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev AzTV-yə müsahibəsində deyib.

E.Mirzəyev Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildirib:

“Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu torpaqlarımızı geri aldı. Ordumuzla fəxr edirəm ki, atamın, eləcə də, bütün şəhidlərin qisasını alaraq işğal altında olan torpaqlarımızı geri qaytardılar.

Prezidentimizə minnətdaram ki, atama layiqli adı verdi. Bu xəbər məni sevindirdi. Qürurla dostlarıma dedim ki, atam Milli Qəhrəmandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*