Dostların məclisi faciə ilə bitdi: 16 yaşlı gənc öldübackend

Dostların məclisi faciə ilə bitdi: 16 yaşlı gənc öldü

Sumqayıt şəhərində dostların məclisi faciə ilə nəticələnib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.

Belə ki, dostu tərəfindən gətirilən spirtli içkini qəbul edən 2005-ci il təvəllüdlü Fərhadlı Turan Faiq oğlunun vəziyyəti qəflətən pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq 16 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*