Dövlət Avtomobil Nəqliyyatı Xidməti kredit təşkilatının reklam işləri ilə məşğuldur – FOTObackend

Dövlət Avtomobil Nəqliyyatı Xidməti kredit təşkilatının reklam işləri ilə məşğuldur - FOTO

Artıq bir aydan çoxdur ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları “Molbulak”ın reklam broşürlərini yayıb bankın kredit şərtlərini təbliğ etməklə məşğul olur. Xidmətin əməkdaşları bütün taksi sürücülərinə hər gün bu kimi reklam vasitələri paylayır. Hələ bu azmış kimi onlar taksi sürücüləri ilə bu istiqamətdə profilaktik söhbətlər apararaq onlara “Molbulak”ın xidmətlərindən yararlanmağı tövsiyə edirlər. Bir dövlət qrumu ilə özəl bir kredit təşkilatını birləşdirən bu iş birliyinin arxasında hansı maraqların durması isə olduqca təəccüblüdür. Avtomobil xidməti ilə daşınmalara və digər nəqliyyat xidmətlərinin təmin olunmasına  nəzarət etməli olan bu qurumun əməkdaşları “Molbulak” üçün müştəri tapmaqla məşğul olur. Adının açıqlanmasını istəməyən bir taksi sürücüsü artıq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının bu əməllərindən təngə gəldiyi bildirib: “Bezmişik. Hər gün gəlib bir kağız verirlər. Və tələb edirlər ki, o kağızla birlikdə banka gedək. Deyirlər banka yaxınlaşanda mütləq bu sənədi verən xidmət əməkdaşının adını onlara bildirək gərək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Xaçmaz rayonu ərazisi üzrə müfəttişlərindən biri olan Elxan adlı şəxslə əlaqə saxladıq. Qeyd edək ki, Xaçmazda bu işdə adı ən çox hallananlardan biri də odur. Müfəttiş deyir ki, “bunun kimə nə dəxli var?! Bankın müdiri dostumdur, məndən bir dost kimi xahiş edib. Mən də edirəm. Məgər siz mənim yerimdə olsaydınız, belə etməzdinizmi?”

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*