Dövlət başçıları Moskvada “Naməlum Əsgər”in məzarı önünə gül dəstələri qoydularbackend

Dövlət başçıları Moskvada “Naməlum Əsgər”in məzarı önünə gül dəstələri qoydular

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş paradın sonunda Vladimir Putin xarici dövlətlərin başçıları ilə birlikdə Aleksandr Bağçasındakı “Naməlum Əsgər”in məzarı önünə güllər qoyaraq Böyük Vətən Müharibəsində şəhid olanlara ehtiramlarını bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Güllərin qoyulmasında bu liderlər iştirak edib:

– Rusiya Prezidenti Vladimir Putin,

– Belarus Prezidenti Aleksandr Lukaşenko,

– Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü – Milorad Dodik,

– Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev,

– Moldova Prezidenti İqor Dodon,

– Serbiya Prezidenti Aleksandr Vuçiç,

– Tacikistan Prezidenti Emoməli Rəhmon,

– Özbəkistan Prezidenti Şavkat Mirziyoyev.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*