backend

Dövlət Departamenti amerikalıları xəbərdar etdi: Bu ölkə çox təhlükəlidir!

ABŞ Dövlət Departamenti Tacikistanı turistlər üçün təhlükəli olan ölkələr siyahısına daxil edib və Amerika vətəndaşlarını bu ölkəyə gedərkən ehtiyatlı olmağa çağırıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu bildirir ki, bu barədə Rudaki bölgəsindəki Tacikistan-Özbəkistan sərhədindəki İşkobod sərhəd-keçid məntəqəsinə silahlı hücumdan bir həftə sonra ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib. ABŞ vətəndaşlarına xüsusilə sıxlıq, kütlə olan yerləri ziyarət etməmək və mümkün hücumların qarşısını almaq üçün Tacikistanda ictimai nəqliyyatdan istifadə etməmək tövsiyə olunub.

Tacikistan hakimiyyəti ölkədəki terrorizm və ekstremizm təhlükəsini rədd etmir, lakin dəfələrlə buna qarşı durmağa hazır olduqlarını bildirmişdi. Rəsmi məlumatlara görə, 2018-ci ildə terror və ekstremist cinayət 29 faiz azalıb. Ancaq 6 noyabr sərhəd hadisəsi terror təhlükəsi və ölkədə ekstremist qrupların oyanması ilə bağlı narahatlıqları yenidən artırıb.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Dövlət Departamenti 2018-ci ilin yayında Danqarda xarici velosiped turistlərinə edilən terror hücumu ilə bağlı verdiyi xəbərdarlığı da xatırladıb, o zaman öldürülənlər arasında iki ABŞ vətəndaşı da var idi. Xəbərdarlıqda deyilir ki, “terroristlərin hücum obyektləri kimi müxtəlif yerləri – yaşayış məntəqələri, klublar və restoranları, ibadət yerləri və məktəbləri seçməsi istisna deyil, əsas hədəf isə, çox güman ki, dövlət qurumları olaraq qalacaq”.

Bundan əvvəl Böyük Britaniya vətəndaşlarına Tacikistanda yenidən hücum ehtimalı barədə xəbərdarlıq etmişdi. İngiltərə hökuməti, 6 noyabr Rudakidəki İşkobod sərhəd postuna edilən hücumdan sonra keçən həftənin sonunda verdiyi rəsmi açıqlamada bildirmişdi ki, “yəqin ki, Tacikistandakı terrorçular yenidən hücum etməyə çalışacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*