Dövlət Əmək Müfəttişliyi Xidməti və Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC arasında məhkəmə çəkişməbackend

Dövlət Əmək Müfəttişliyi Xidməti və Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC arasında məhkəmə çəkişmə

Dövlət Əmək Müfəttişliyi Xidməti və “İmprotex İndustries” MMC arasında məhkəmə çəkişməsi davam edir.

KONKRET.az xəbər verir ki, Xidmətin MMC barəsində tərtib etdiyi protokola növbəti dəfə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə noyabrın 29-da baxılacaq.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: Şirkətin qanuni təmsilçisi Nazim Tahir oğlu Zeynalovdur. MMC 2023-cü ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılış mərasiminin təşkili işlərinin satın alınması” təkliflər sorğusunun qalibi olub. Nazirlik şirkətlə 2 862 314 manat məbləğində müqavilə imzalayıb./pravdaaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*