Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar edilirbackend

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar edilir

Artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.

Bu barədə KONKRET.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir. Bununla bağlı bəzən real İP ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir.

Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*