Dövlət Neft Fondundan büdcəyə transfert 19% azalıbbackend

Dövlət Neft Fondundan büdcəyə transfert 19% azalıb

Bu ilin I yarısında Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 6 milyard 542 milyon manat vəsait transfert edib.

KONKRET.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozdan 19,1 % azdır.

Başqa sözlə, Fond 9 ayda büdcə proqnozuna 80,8 % əməl edib.

“Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamika Fonddan büdcəyə nəzərdə tutulan transfertdən 1 milyard 540,7 milyon manat az istifadə olunmasına imkan verib”, – deyə nazirlik bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*