Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında Fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manat, xərcləri isə 12 789 674,6 min manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Müəyyən edilib ki, Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
“2022-ci ildə Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib.
“Dövlət Neft Fondunun 2022-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilib.