“Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb” – Nazirbackend

“Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb” - Nazir

“Bu il koronavirus pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8 faiz azalma ilə nəticələnib.

“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 faiz azalıb, neft-qaz sektoru üzrə isə 7,8 faiz artıb”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*