Dövlət qurumlarına göndərilən 2 milyondan çox elektron poçt bloklandıbackend

Dövlət qurumlarına göndərilən 2 milyondan çox elektron poçt bloklandı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Xidmətin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində məlumat verilib.

Bildirilib ki, onlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılıb:

“2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilib. Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*