Dövlət qurumlarına məxsus 375 avtomobil satıldıbackend

Dövlət qurumlarına məxsus 375 avtomobil satıldı

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib.

Xidmətdən KONKRET.az-a bildirilib ki, hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, səkkiz ay ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 milyon 467 min 785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 milyon 843 min 318 manat olub.

Səkkiz ayda nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*