Dövlət qurumlarının maşınları bu qiymətə satıldıbackend

Dövlət qurumlarının maşınları bu qiymətə satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb.

Bu barədə KONKRET.az-a Dövlət Xidmətindən bildirilib.

Bu hərraca çıxarılan əmlaklara 75 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “Şkoda Superb” markalı avtomobilin start qiyməti 4 250 manat olsa da, son təklif 8 500 manata yüksəlib. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi 7 850 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/37CEJ6 linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*