Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev mayın 16-da Ucar şəhərində vətəndaşları qəbul edib.
KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayon sakinləri ilə keçirilən görüşdə torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi və şəhərsalma prosesləri ilə bağlı müraciətlərə baxılaraq, qaldırılan məsələlərin bir çoxu yerində həll edilib.