Dövlət sərhədini keçmə vaxtı 30 dəqiqəyə endiriləcəkbackend

Dövlət sərhədini keçmə vaxtı 30 dəqiqəyə endiriləcək

Özbəkistanda hökumətin qərarı ilə dövlət sərhədi keçid məntəqələrində nəqliyyat vasitələrinin və malların buraxılmasına sərhəd, gömrük, sanitar-karantin, fitosanitar və baytarlıq nəzarəti qaydaları təsdiqlənib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun Ədliyyə Nazirliyinin Telegram kanalına istinadən verdiyi məlumata görə, keçid məntəqələrində lazımsız problemlərin qarşısını almaq üçün sürücülərə, mallara və nəqliyyat vasitələrinə dövlət nəzarət orqanları tərəfindən nəzarət prosedurları “Bir pəncərə” gömrük məlumat sistemi vasitəsilə aparılacaq.

Qaydalarda nəqliyyat vasitələrinin buraxılış məntəqələrində keçirdikləri vaxt dəqiq göstərilir. Nəqliyyat vasitəsinin buraxılış məntəqəsindən keçmə vaxtı avtomobillər üçün 15 dəqiqədən, yük maşınları üçün 30 dəqiqədən çox ola bilməz.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Sanitariya karantin nəzarəti – 3 dəqiqə; sərhəd nəzarəti (pasport) – 4 dəqiqə; gömrük nəzarəti – 15 dəqiqə; fitosanitar nəzarət – 4 dəqiqə və baytarlıq nəzarəti – 4 dəqiqəyədək aparılmalıdır.

Nəzarət-buraxılış məntəqəsinin ərazisində fəaliyyət göstərən dövlət nəzarəti orqanları tərəfindən qanun pozuntusu aşkar edildikdə, nəzarət prosedurlarını başa çatdırmaq üçün tələb olunan vaxt müəyyən edilmiş normadan çox ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*