“Dövləti xuliqanlar zəbt edib” – Ajapahyanbackend

"Dövləti xuliqanlar zəbt edib" - Ajapahyan

“Bu dövlət xuliqanlığıdır, dövlətimizi xuliqanlar, nadanlar, əxlaqsızlar, həyasızlar zəbt  edib”.

KONKRET.az xəbər verir ki, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Adjapahyan Baqramyan prospektində baş verən hadisələri şərh edərkən belə deyib.

“Xuliqanlar hər şeyə qadirdirlər, ona görə də buna uyğun hərəkət edirlər, təəccüblənəcək heç nə yoxdur. Onlar iddia etdikləri kimi ictimai asayişi təmin etmir, yalnız bir insanın fiziki varlığını təmin edirlər. Bütün diktaturalar özlərinə belə haqq qazandırırlar”, – deyə o bildirib.

“Qorxaqdan kim qorxmalıdır? İgiddən qorxmaq başqa şey, qorxaqdan qorxmaq isə tam ayıbdır. Düşünmürəm ki, xalqımızın əhəmiyyətli bir hissəsi bu qorxaqlardan qorxur. Dövlətimizi təmsil edən insanları bu sifətlərlə təsvir etməyə məcbur olduğum üçün çox təəssüflənirəm, amma bu, günün reallığıdır”, – Şirak Yeparxiyasının rəhbəri fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*