Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirildibackend

Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirildi

3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov artıq Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.

Qeyd edək ki, Xətai rayonundakı 3 nömrəli uşaq evindən qaçdığını deyən 13 yaşlı yeniyetmə dünən “Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib. O deyib ki, müəssisədə uşaqlar kamera olmayan yerlərdə – dəhlizdə və sanitar qovşaqda döyülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*