İsrail tərəfindən dəstəklənən druz silahlı birləşmələri (əl-Xicri qrupu) Suriyanın Ümumi Təhlükəsizlik Xidmətinə məxsus nəzarət-buraxılış məntəqəsinə atəş açıblar.
KONKRET.az xəbər verir ki, hadisə Əs-Suveydə vilayətinin Vəlğa şəhəri yaxınlığında baş verib. Atəşə tutulma zamanı Al Jazeera telekanalının çəkiliş qrupu da hadisə yerində olub və insident zamanı onların da təhlükə altında qaldığı bildirilib.
Natiq Səlim,
KONKRET.az