80 saylı Lerik-Astara Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisindən 2 ay sonra dövlətin maliyyəsi ilə alınan bəzi ləvazimatları gözətçisinin köməyi ilə satmaq üçün özü ilə aparıb.
KONKRET.az xəbər verir lki, bu barədə “Unikal”a videofakt daxil olub. Videoda DSK sədri Firdovsi Fazilovun seçki dairəsindən 99-CX-515 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilinə daşıdığı görünür.
“Unikal” məsələ ilə bağlı F.Fazilovla əlaqə saxlayıb. O, sayta açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılıb: “Həmin vaxt araşdırma aparıldı, fakt aşkarlanmadı. İndi isə sizdə hansı videonun olduğunu bilmirəm”, – deyə o əlavə edib.
Qeyd edək ki, video bələdiyyə seçkisindən təxminən 2 ay sonra – 1 aprel 2025-ci ildə lentə alınıb.