Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni e-xidməti istifadəyə verilib.
Bu barədə KONKRET.az-a DSMF-dən bildirilib. Qeyd olunub ki, sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticəsini artıq onlayn rejimdə görmək olar.
DSMF-nin təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:
• əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
• hamiləliyə və doğuma görə,
• uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
• uşağın anadan olmasına görə,
• dəfn xərci kimi nəzərdə tutulan müavinət
ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkündür.
Bunun üçün:
› e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;
› Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.
Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı – müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.