DTX-nın şəxsi heyəti Ali Baş Komandanı belə təbrik etdibackend

DTX-nın şəxsi heyəti Ali Baş Komandanı belə təbrik etdi

KONKRET.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti özünün facebook səhifəsindən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti möhtərəm Prezident cənab İlham Əliyevi bu münasibətlə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularını çatdırır!

Dövlətimizin Başçısına uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və səadət, bol-bol sevinc, müasir, müstəqil, regionun lider dövləti olan Azərbaycan Respublikasının durmadan tərəqqisi və daha da qüdrətlənməsi naminə şərəfli və misilsiz fəaliyyətində yeni-yeni zəfərlər diləyirik!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*