Mineralnıye Vodıdan Dubaya uçan “Azimut” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təyyarənin sistemlərindən birində göstəricinin işə düşməsi səbəbindən uçuş hava limanına qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə aviaşirkətin “Telegram” kanalında məlumat verilib.
Təyyarə Moskva vaxtı ilə saat 06:11-də hava limanına qayıdıb.
“Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə 2025-ci il fevralın 23-də A46087 Mineralnıye Vodı – Dubay reysinin hava gəmisinin komandiri təyyarənin sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib”, – məlumatda deyilir.
Mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlər aviaşirkətin ehtiyat təyyarəsi ilə təyinat yerinə çatdırılacaq.