Dubayda polis koronavirus xəstələrini tanımaq üçün ağıllı dəbilqə geyinirbackend

Dubayda polis koronavirus xəstələrini tanımaq üçün ağıllı dəbilqə geyinir

Dubayda BƏƏ polisi infraqırmızı kameralar və üz tanıma texnologiyası olan ağıllı dəbilqələrdən istifadə edirlər. Məqsəd koronavirusu göstərə biləcək xəstəlik əlamətləri olan insanları müəyyən etməkdir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, dəbilqələr beş metr məsafədə dəqiqədə 200 nəfərin temperaturunu ölçə və  bu haqda siqnal ötürə bilər. Məlumatda deyilir ki, bu dəbilqələr Dubaydakı bütün polis bölmələrinin əməkdaşları, habelə metro və avtovağzallarda patrul həyata keçirən şəxslər təchiz olunub.

Aşkar edilən koronavirus hallarının sayına görə, BƏƏ körfəzin altı ölkəsi arasında ikinci yerdədir. BƏƏ Səhiyyə Nazirliyinin məlumatına görə, aprelin 24-də ölkədə son bir gündə 525 yeni xəstəlik aşkarlanıb, pandemiyanın başlanğıcından bu günə qədər yoluxmuş insanların ümumi sayı 9,2 min nəfəri keçib, 64 nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*