Yanvarın 13-də yoxa çıxan erməni hərbçi qar uçqunu altında qalıb və ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl nazirlik əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçusu B.M.-nin itkin düşdüyünü bildirib.
Xilasedicilər hərbi qulluqçular və polis əməkdaşları ilə birgə ağır qar fırtınası və duman şəraitində çətin dağ zolağında genişmiqyaslı axtarış-xilasetmə işləri həyata keçirib.
Yanvarın 14-də saat 14:20 radələrində rayonun Tsxun kəndinin inzibati ərazisində 2003-cü il təvəllüdlü hərbi qulluqçu Beniamin Manuçaryanın qar uçqunu altında qalmış meyiti aşkar edilib.
Burhan,
KONKRET.az