Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.
KONKRET.az bildirir ki, “Qafqazinfo” qəzada həyatını itirən Qıvraq qəsəbə sakini 1996-cı il təvəllüdlü Emin Rza oğlu Məmmədov və 1974-cü il təvəllüdlü Davud Yaqub oğlu Məmmədzadənin fotolarını təqdim edir:
Qeyd edək ki, Emin Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırmış. Hadisə vaxtı onun hamilə olan 25 yaşlı həyat yoldaşı Xanım Məmmədova, eləcə də Şərur rayonu Cəlilkənd sakini 1981-ci il təvəllüdlü Yaməddin Şəmsəddin oğlu İsayev xəsarət alıblar, vəziyyətləri ağırdır.



