Dünya Bankı Azərbaycana ayrılmış növbəti kredit xəttini təsdiqlədibackend

Dünya Bankı Azərbaycana ayrılmış növbəti kredit xəttini təsdiqlədi

Dünya Bankının (DB) Direktorlar Şurası tərəfindən Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsi təsdiqlənib.

KONKRET.az– ın banka istinadən verdiyi məlumata görə, layihənin 50 mln. dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən, qalan 20 mln. dolları isə hökumət tərəfindən ayrılacaq. Layihə məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, təsisat potensialının və səmərə dərəcəsinin yüksəldilməsi, məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi və yüksək texnologiyaların məhkəmə sisteminin daha səmərəli işləməsi üçün tətbiq edilməsindən ibarətdir.

“Məhkəmə sistemində islahatlar iqtisadi artım üçün əlverişli mühitin yaradılması və vətəndaşlara və müəssisələrə səmərəli xidmət göstərilməsinin açarıdır. Bu layihə Azərbaycanda elektron məhkəmə xidmətlərini bütün insanlar üçün əlçatan edəcək”, – deyə Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Nəqvi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*