Dünya Bankı Türkiyəyə 910 milyon dollar yardım edəcəkbackend

Dünya Bankı Türkiyəyə 910 milyon dollar yardım edəcək

Dünya Bankı Türkiyəyə 910 milyon dollarlıq maliyyə yardımı ilə bağlı qərarı təsdiqləyib.

KONKRET.az xəbər verir ki, əvvəlcə elektrik dəmir yolu nəqliyyatının genişləndirilməsinə 660 milyon dollar, daha sonra isə ictimai səhiyyə sektorunun yaxşılaşdırılmasına 250 milyon dollar verəcək. Maliyyələşdirmə proqramı çərçivəsində Sivasın Divriq rayonu ilə Qars arasındakı əlaqə tam elektrikləşəcək və müasir dəmir yolu xətti ilə 660 km-ə qədər uzadılacaq. Türkiyənin ictimai sağlamlığına ayrılacaq pul peyvənd istehsalının genişləndirilməsinə  kömək edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*