backend

Dünya bazarlarında neft yenidən ucuzlaşıb, təbii qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,53% azalaraq 1 barelə görə 65,75 dollar təşkil edib.

KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,71% azalaraq 60,44 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,35% artaraq 2,325 ABŞ dolları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*