Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,16% azalaraq 1 barelə görə 62,34 dollar təşkil edib.

KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,21% azalaraq 57,02 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,83% artaraq 2,555 ABŞ dolları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*