Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye Bakıya gəlib.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, 40 yaşlı idmançı Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı üçün Azərbaycana səfər edib.
O, bu gün Milli Gimnastika Arenasında turnirin açılış mərasiminə də qatılacaq.
Açılış tədbirində türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
Qeyd edək ki, bu gün start götürən yarış iyunun 1-də başa çatacaq. Azərbaycan millisi bu gün, saat 20:30-da Bəhreyni sınağa çəkəcək.