“Dünya İsrailin zalımlığına qarşı hərəkətə keçməlidir” – Ərdoğanbackend

"Dünya İsrailin zalımlığına qarşı hərəkətə keçməlidir" - Ərdoğan

“Beynəlxalq ictimaiyyət İsraili Qəzza zolağında törətdiyi qırğınları dayandırmağa məcbur etmək üçün təcili tədbirlər görməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünya İsrailin qaniçənliyinə qarşı dərhal hərəkətə keçməli və hər gün şahidi olduğumuz qırğınlara son qoymalıdır. Biz hər fürsətdə deyirik ki, Netanyahu dayandırılmalıdır. Bunu G7 sammitində açıqladıq və Qəzzada soyqırım törədənlərin Beynəlxalq Ədalət Məhkəməsində qarşısında cavab verməsi üçün qüvvələrimizi səfərbər etdik”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə BMT-yə üzv olan ölkələrin Fələstin Dövlətini tanımasına çalışır.

“Biz həmçinin İslam dünyasının Qəzzada nizamlanma məsələsində yekdil davranması üçün səy göstəririk”, – deyə Ərdoğan bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*