Dünya liderləri İlham Əliyevi təbrik edirbackend

Dünya liderləri İlham Əliyevi təbrik edir

Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfəli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.

Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə toplantısında layiq görüldüyünüz “Türk Dünyasının Ali Ordeni” qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.

Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.

Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib, sizi həyatınızın bu unudulmaz günü münasibətilə bir daha təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və daha böyük tərəqqi arzulayıram”.

***

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.

Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.

Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram”.

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Hörmətli İlham Heydər oğlu.

Həyatınızın əlamətdar günü – 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Bu xoş gündə qeyd etmək istəyirəm ki, sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.

İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda sizin adınızla bağlayırlar.

Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik.

Əziz dost, sizə səmimi qəlbdən uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və qardaş Azərbaycanın firavanlığı naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir.

Eyni zamanda qardaş Azərbaycanın, habelə bütün türk dünyasının tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə regionumuzda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur.

Qarabağın işğaldan azad edilməsi yolunda göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə təşkilatımızın İstanbulda keçirilmiş VIII Zirvə görüşündə dövlət başçıları tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyinizi qardaş xalqlarımız türk dövlətlərinin Azərbaycanla birlik və həmrəyliyinin bariz numunəsi kimi böyük rəğbətlə qarşılamışlar.

Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının yaradılması və daha da gücləndirilməsində mühüm rol oynadığını bir daha qürurla vurğulayaraq qeyd etmək istərdim ki, sədrliyiniz dövründə türk dövlətləri arasındakı əməkdaşlıq yeni müstəviyə yönəlmiş və təşkilatımız regionda daha da cəlbedici platformaya çevrilmişdir.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram”.

***

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir həzrət Krqanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

İcazə verin, Rusiya Müsəlmanlarının Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə – 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim.

Yubiley sadəcə bayram deyil. Bu, keçilmiş həyat yolu barədə düşünmək, gələcək üçün planlar qurmaq, hələ fəth edilməyən yeni zirvələrə gedən yolları müəyyənləşdirmək üçün bir fürsətdir. Siz xeyirxahlıq, ədalət, quruculuq və qəbul edilən qərarların müdrikliyi prinsiplərini rəhbər tutaraq uzun illər boyu Azərbaycan Respublikasının və bütün Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışırsınız.

Sizin ən yüksək peşəkarlığa, zəngin həyat təcrübəsinə və insanlara həssas münasibətə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək barədə çoxdankı arzusu həyata keçib. Bunun sayəsində Azərbaycan Respublikası özünün siyasi, iqtisadi və mədəni inkişafında yeni qələbələrə doğru inamla irəliləyir.

Fərəhlə qeyd etməliyəm ki, qardaş ölkələrimiz arasında dialoq ən yüksək səviyyədədir. Bu, ənənəvi İslamın qorunub saxlanması və inkişafı üçün təməldir. Rusiya Müsəlmanlarının Ruhani Məclisi və Qafqaz Müsəlmanları İdarəsi dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsi, sülh, təhlükəsizlik və sabitlik ideyalarının geniş yayılması sahəsində illər boyu sıx əməkdaşlıq edir. Biz ölkələrimizin müsəlmanları arasında dostluq münasibətlərini ürəkdən qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizin ən sevindirici hisslərinizə şərik çıxaraq Sizə səmimi qəlbdən dua edir, möhkəm cansağlığı, uzun və səmərəli ömür, enerji, tərəqqi, bütün planlarınızın gerçəkləşməsini, ruh yüksəkliyi və gözəl əhval-ruhiyyə arzu edirik.

Ulu Tanrı Sizi və ailənizi qorusun, xoşbəxtlik bəxş etsin, xeyirxah əməllərinizin əvəzini versin”.

***

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əziz İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin 60 yaşınız hələ cavanlıqdır. Mən bunu asanlıqla isbat edə bilərəm. Hamıya məlumdur ki, bu yaxınlarda 30 illiyini qeyd etmiş müstəqil Azərbaycan gənc dövlətdir. Deməli, əgər 30 yaş cavanlıqdırsa, onda 60 yaş ikiqat cavanlıqdır.

Bu zarafatda həqiqət çoxdur. Ona görə ki, Siz həqiqətən gəncsiniz. Gördüyünüz hər işdə cəsarət və enerji buna sübutdur.

Əziz dostum, mənim ikiqat gənc dostum, Sizə tükənməz enerji arzu edirəm. Bu enerji Sizə atanızın layiqli oğlu kimi onun başladığı işləri sona çatdırmaq və xalqının sədaqətli oğlu kimi bu xalqın böyük gələcəyini qurmaqda davam etmək üçün lazımdır”.

***

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və cansağlığı arzulayıram.

Bu yaxınlarda Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilmiş görüşümüzdə açıq və konstruktiv söhbətimizi xatırlayıram.

Bu əlamətdar günlə əlaqədar əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə ölkələrimizin, xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Azərbaycandakı dini konfessiyaların rəhbərlər Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Zati-alinizi əlamətdar yubiley – təvəllüdünüzün 60 illiyi münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə fövqəladə səylərinizə Uca Yaradandan uğurlar diləyirik.

Cənabınız ömrünün müdriklik məqamına elə bir möhtəşəm Qələbə ilə yetişmişdir ki, bu, dünya miqyasında hər bir dövlət xadiminin arzu etdiyi yüksəklikdir. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunacaq hadisə miqyasına malikdir. Vətənimizin, regionumuzun gələcəyi üçün bu Zəfərin dəyəri misilsiz, dünyanın inkişaf istiqamətləri baxımından taleyüklüdür.

Azərbaycan torpaqlarının işğaldan azad edilərək ərazi bütövlüyünün bərpası yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk oldu. Uca Yaradanın Lütfü ilə Siz Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətinizlə Azərbaycanın haqq işinin qələbəsini təmin etdiniz. Azərbaycan xalqına Vətən müharibəsində böyük Zəfər yaşatmış müzəffər sərkərdə – Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ömrünüzün əlamətdar mərhələsində bu sevinc və şərəfi ən çox haqq edən məhz Zati-alinizdir.

Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət rəhbərimiz – Zati-alinizin qətiyyəti sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən azan səsləri ucaldı, işğal dövründə vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən qurtuldu.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan lider qismət olmuşdur. Böhranları üstələyə biləcək iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri ilə tanınan Azərbaycan gerçəkliyi dünyanın diqqətindədir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri – dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati- alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır. Azərbaycanın dövlət rəhbəri olaraq təvəllüd gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın fatehi, Ali Baş Komandan olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbət, dərin etimad və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi – Azərbaycan dövlətinin müstəqbəl dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndirən nüfuzlu din xadimlərinin, o cümlədən Şimali Qafqaz müftilərinin şanlı yubileyiniz münasibətilə səmimi təbrik və xoş arzularını Zati- alinizə çatdırmaqdan məmnunluq duyuruq.

O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Müfti Salman Musayev

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzu edirəm.

Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da qarşılıqlı dostluğu və ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Buna görə də iqtisadi əlaqələrin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz bu yubiley gününü haqlı olaraq öz xalqınızın tanınmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərə və beynəlxalq arenada nüfuzunun artırılmasına tarixi töhfə vermiş lideri kimi qarşılayırsınız.

Əminəm ki, Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, güclü və firavanlaşan dövlət quruculuğu işində yeni zirvələr fəth edəcək.

Qazaxıstanda Sizin Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndirir və iki ölkə arasında çoxillik dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq tellərinin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə məsul dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.

***

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz”.

***

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti Ruslan Auşev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli və səmərəli fəaliyyətiniz müasir Azərbaycanın böyük dövlət və siyasi xadimi kimi istedadınızı parlaq şəkildə göstərir. Siz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi və sosial inkişaf strategiyasını ardıcıl şəkildə reallaşdırırsınız.

Yüksək peşəkarlıq, zəngin həyat yolu, ən çətin vəziyyətlərdə siyasi kompromis tapmaq bacarığı, sosial siyasətin ardırıcıllıqla reallaşdırılması Sizə nüfuz, hörmət və inam qazandırmışdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın rifahı, əmin-amanlığı, xoşbəxtliyi və tərəqqisi naminə qarşıda duran vəzifələrin reallaşmasında yeni uğurlar arzulayıram”.

***

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz Azərbaycan xalqının firavanlığına yönəlmiş nəcib fəaliyyətinizdə zəngin təcrübənizdən və rəhbər müdrikliyinizdən tam istifadə edirsiniz. Sizin yüksək peşəkarlığınız, ölkəniz qarşısında məsuliyyət və borc hissiniz böyük hörmət doğurur.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin, milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq”.

***

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda müasir cəmiyyət quruculuğu işinə, eləcə də ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın inkişafına verdiyiniz töhfələrə görə Sizə çox minnətdarıq.

Azərbaycan Respublikası müstəqil ölkə kimi qısa müddətdə böyük nailiyyətlər qazanmış və şübhəsiz, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə inkişaf etməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə cansağılığı, sülhə və Azərbaycan xalqının firavanlığına xidmət edən fəaliyyətinizdə uğurlar arzu edirəm”.

***

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri,

İcazə verin, yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti şəkildə inanıram ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdan gələn illərdə genişlənməkdə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident.

Gənc, lakin qədim tarixə malik bir ölkəni dünyanın ən hörmətli və tanınan ölkələrindən birinə çevirmək müstəsna istedad və qətiyyət tələb edir. Əminəm ki, ölkə Prezidenti kimi Siz Azərbaycan tarixində yeni səhifə açdınız. Çünki fəaliyyətiniz Azərbaycanı yüksəliş yoluna çıxarıb və ölkəniz əldə etdiyi uğurlarla beynəlxalq aləmdə tanınan nüfuz qazanıb.

Strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu müstəvidə mən çox şadam ki, son illər biz iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməyə nail olmuşuq. İkitərəfli münasibətlərimizin inkişafına göstərdiyiniz şəxsi sədaqətinizə görə Sizə minnətdaram. Ümid edirəm ki, gələcəkdə də etibarlı dəstəyinizə arxalana bilərəm.

Xahiş edirəm, ailə üzvləriniz, dostlarınız və pərəstişkarlarınızla birlikdə 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, güc-qüvvət arzulayıram”.

***

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident,

Sizi 60 illik yubileyiniz və yeni yaşınıza qədəm qoymağınız münasibətilə ürəkdən təbrik edirəm.

Fəaliyyətiniz dövründə əldə olunan uğurların Azərbaycanı Qafqazın inkişaf etmiş ölkəsinə çevirməsi hamıya məlumdur.

Uca Yaradanın köməyi ilə Yeni il Sizin və ölkəniz üçün yeni xeyirxah əməllər və təşəbbüslər ili olsun.

Ailənizə və xalqınıza ən xoş arzularımızı çatdırırıq”.

***

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüzün 60 illiyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim. Sizə ən xoş arzularımı bildirir və möhkəm cansağlığı, xoşbəxtlik, yüksək vəzifənizdə uğurlar diləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycana davamlı inkişaf və firavanlıq, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini arzulayıram.

Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri bundan sonra da inkişaf edəcəkdir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*