Dünya və üçqat Avropa çempionumuz mübarizəyə BAŞLAYIRbackend

Dünya və üçqat Avropa çempionumuz mübarizəyə BAŞLAYIR

Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın ilk ağırlıqqaldıranı körpücük üzərinə çıxacaq.

KONKRET.az xəbər verir ki, Boyanka Kostova qadınlar arasında 59 kq çəki dərəcəsində yarışacaq. Dünya və üçqat Avropa çempionu ən yüksək yerlər uğrunda mübarizə aparanların olduğu A qrupunda çıxış edəcək. Yarış Bakı vaxtı ilə saat 17:53-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*