Dünyada 5 milyon insan koronavirusdan sağaldıbackend

Dünyada 5 milyon insan koronavirusdan sağaldı

Koronavirus pandemiyası zamanı 9,35 milyon insan COVID-19-a yoluxub. 5 milyondan çox insan sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə 24 iyun çərşənbə günü Worldometers statistik saytı məlumat yayıb.

Təxminən 480 min insan koronavirusun qurbanı olub. 3.83 milyon infeksiya aktiv olaraq qalır.

Son bir gündə dünyada təxminən 163 min yeni yoluxma hadisəsi təsdiqlənib. Xüsusilə, Braziliyada 40 min insanda koronavirus aşkar edilib. ABŞ-da 36 min, Hindistanda 15 mindən çox, Rusiyada 7,5 min, Meksika və Cənubi Afrikada 4,5 min koronavirus hadisəsi qeydə alınıb.

Elə həmin gün 5465 nəfər ölüb. Ən çox qurban sayı Braziliyadadır: 1364.

ABŞ-da 863, Meksikada 759, Hindistanda 468 ölüm olub.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*