Dünyada 9 milyard dozadan çox vaksin vuruldubackend

Dünyada 9 milyard dozadan çox vaksin vuruldu

İndiyədək dünyada COVID-19 infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 9 milyardı ötüb.

KONKRET.az “TASS”a istinadla xəbər verir ki, vurulan 9,002 milyard vaksin dozalarının yarıdan çoxu (4,76 milyard) üç ölkənin – Çinin (2,77 milyard), Hindistanın (1,4 milyard) və ABŞ-ın (0,5 milyard) payına düşür.

Bununla belə, dünyada nə qədər insanın tam vaksinasiya kursunu keçdiyini müəyyən etmək mümkün deyil. Belə ki, bəzi ölkələr koronavirus əleyhinə təsdiqlənmiş vaksinlərin və vurulan peyvəndlərin yalnız sayını açıqlayır. Eyni zamanda, artıq bir sıra ölkələrdə revaksinasiya (buster dozası) prosesi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*