Zəngin dövlətlər beynəlxalq təşkilatlara ayrılan maliyyəni kəsdikcə dünyada ac insanların sayı artır.
KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb. Məlumatda daha sonra deyilir: “Gələn il dünyada 117 milyondan çox insan ac qala bilər. Hesablamalara görə gələn il 307 milyon insanın 60%-nə kömək etmək mümkündür. Bunun üçün də kifayət qədər pul toplamaq lazımdır”. Xatırladaq ki, bu il zəngin ölkələrdən maliyyələşmədə azalma müşahidə olunub. Təşkilat tələb olunan 49,6 milyard dolların yalnız 46%-ni toplayıb. BMT ardıcıl ikinci ildir ki, tələb olunan məbləğin yarısından azını toplayır.
Vəli Həsənoğlu,
KONKRET.az