Dünyada COVID-19-a yoluxma və ölüm halları artdı – ÜSTbackend

Dünyada COVID-19-a yoluxma və ölüm halları artdı - ÜST

“Son bir neçə həftədir dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və xəstəlikdən ölüm hallarının sayının artması davam edir”.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat brifinqində deyib.

“Yanvar və fevral aylarında altı həftə biz ardıcıl olaraq COVID-19-a yoluxmanın azalmasının şahidi olduq. Lakin indi ardıcıl olaraq yeddi həftədir ki, infeksiyaya yoluxma halının, ardıcıl dörd həftədir ölüm sayının artdığını qeydə alırıq”, – deyə ÜST-ün baş direktoru bildirib.

ÜST-ün baş direktoru indiyədək dünyada 700 milyon doza peyvəndin vurulduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*