Dünyada ən çox yüklənən proqramlar AÇIQLANDIbackend

Dünyada ən çox yüklənən proqramlar AÇIQLANDI

“TikTok” 2023-cü ilin birinci rübündə yükləmələrin sayına görə qlobal mobil proqramlar reytinqinə başçılıq edib.

KONKRET.az Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Data.ai” yeni analitik hesabatında məlumat verib.

Bildirilib ki, ikinci yerdə “Instagram” olub. Hətta ötən rübdə “Meta” Korporasiyasının sosial şəbəkəsi fotoşəkillər üzrə birinci olub.

Belə ki, qalan yerləri “Facebook”, “WhatsApp” messenceri, “CapCut”, “Snapchat”, “Telegram”, “Facebook Messenger”, “WhatsApp Business” və “Spotify” tutub.

Analitiklər həmçinin müəyyən ediblər ki, dünya üzrə smartfon istifadəçiləri 2023-cü ilin ilk üç ayı ərzində proqramlara 33,9 milyard dollar xərcləyiblər ki, bu da bütün dövrlərin ən yüksək göstəricisidir. Ənənəvi olaraq xərclərin böyük hissəsi (65%) “Apple” smartfon istifadəçilərinin payına düşür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*