Laboratoriyada süni ət istehsalı üzrə ixtisaslaşan İsrailin “Stakeholder Foods” şirkəti 3D çap texnologiyasından istifadə etməklə dünyada ilk balıq ətinin analoqunu yaradıb. İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü şirkətin Rexovotdakı istehsal sahəsinə baş çəkib və innovativ məhsulu sınaqdan keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının ofisindən bildirilib.
Qeyd olunub ki, “Stakeholder Foods” laboratoriyada heyvanları kəsmədən əsl ət məhsulları istehsal edir.
“Bu gün şirkət balıq istehsalında 3D printerdən istifadə edən ilk müəssisədir. Baş nazir laboratoriyada istehsal olunan ətin dadına baxıb”, – məlumatda deyilir.
Baş nazir bildirib ki, İsrail hökuməti şirkətlərin irəliləməsinə, texnologiya liderliyini qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək etmək üçün çalışır.
İqbal Rzayev,
KONKRET.az