Dünyada mövcud olan İP ünvanların 75%-i Türkmənistanda BLOKLANIBbackend

Dünyada mövcud olan İP ünvanların 75%-i Türkmənistanda BLOKLANIB

Türkmənistanda təxminən 3 milyard İP ünvanı bloklanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin payızına olan məlumata görə, Türkmənistanda təxminən 2,5 milyard İP mövcud deyil və altı ay ərzində daha yarım milyard ünvan bloklanıb.

Məlumata görə, ümumilikdə dünyada təxminən 4 milyard İP var. Beləliklə, hazırda Türkmənistanda internetin dörddə üçü bloklanıb və vəziyyət hər gün daha da pisləşir.

Qeyd edək ki, bu yaxınlarda Çikaqo və Merilend Universitetlərinin (ABŞ) bir qrup alimi Türkmənistanda internet senzurası ilə bağlı araşdırmanın nəticələrini dərc edib. Tədqiqatçılar 15,5 milyon domeni sınaqdan keçirib və müəyyən ediblər ki, onlardan 122 mindən çoxu bloklanıb.

Tədqiqat iştirakçılarından biri Nquen Fonq bildirib ki, onlar normal ifadələrdən istifadə edərək domenləri bloklayırlar. Məsələn, Türkmənistanda “porno” sözü olan hər bir domen adı bloklanır. Bu, pornoqrafik sayt olmasa belə, adında “porno” sözü varsa, avtomatik olaraq bloklanacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*