Melburn Universitetinin zooloqları qrupu tarixdə ilk dəfə nadir rast gəlinən nəhəng siçovulun şəklini çəkə bilib.
KONKRET.az xəbər verir ki, bu barədə Melburn Universitetinin rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, Vanqunu siçovulları Solomon adalarının cəngəlliklərində yaşayır. Alimlər nəhəng siçovullar haqqında yalnız yerli sakinlərin danışdığları hekayələrdən eşitmişdilər.
Zooloqlar siçovulların orta hesabla bir kiloqram ağırlığında və 45 santimetr uzunluğa malik olduğunu bildirirlər.
Qeyd edək ki, bu, normal siçovulların ölçüsü və çəkisindən təxminən üç-dörd dəfə çox hesab olunur.
Ariz Həsənoğlu,
KONKRET.az