Dünyada narkotik istifadəçilərinin sayı artır – BMTbackend

Dünyada narkotik istifadəçilərinin sayı artır - BMT

Dünyada təxminən 270 milyon insan narkotikdən istifadə edir.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Narkotik ticarəti və cinayətkarlığa qarşı mübarizə idarəsinin iyunun 25-də dərc olunmuş hesabatında deyilir.

“2018-ci ildə dünyada təxminən 269 milyon insan narkotik istifadə etdi ki, bu da 2009-cu illə müqayisədə 30% çoxdur”, təşkilatın 2020-ci ildəki press-relizində deyilir.

Mütəxəssislər həmçinin koronavirus pandemiyasının təsirlərini təhlil ediblər. Onların fikrincə, artan işsizlik və digər amillər səbəbindən “kasıb insanlar narkotik istifadəsi, narkotik ticarəti və narkotik istehsalına daha da həssas olacaqlar.”

BMT-nin məlumatına görə, 2018-ci ildə ən çox yayılan narkotik kannabis olub. Bu, dünyada təxminən 192 milyon insan tərəfindən istifadə edilib.

Ən təhlükəli narkotik opioiddir. Onun istifadəsi zamanı ölənlərin sayı 71% artıb.

Məruzədə vurğulanır ki, pandemiyanın narkotikaya təsirini hələ də qiymətləndirmək çətindir, lakin bu, artıq küçələrdə narkotika qıtlığına, qiymətlərin artmasına və keyfiyyətinin pisləşməsinə səbəb olub.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*