Dünyada şəkər qiymətləri 9,8 faiz artdı – BMTbackend

Dünyada şəkər qiymətləri 9,8 faiz artdı - BMT

Sentyabrda şəkərin dünya qiymətləri indeksi avqust ayı ilə müqayisədə 9,8 faiz artaraq 2010-cu ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

KONKRET.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb.

Məlumata görə, bu dinamika qarşıdan gələn mövsümdə dünya bazarlarında təklifin azalması ilə bağlı narahatlıqların artması ilə bağlıdır. Xüsusilə, aparıcı şəkər istehsalçıları olan Tayland və Hindistanda istehsalın azalacağı təxmin edilir.

Eyni zamanda, ümumilikdə, təşkilatın məcmu indeksinə əsasən, sentyabr ayında dünya ərzaq qiymətləri demək olar ki, dəyişməyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*