Dünyada süni intellektlə çalışan ilk kino kamerası yaradıldıbackend

Dünyada süni intellektlə çalışan ilk kino kamerası yaradıldı

ABŞ-da video çəkilişi edən və süni intellektdən istifadə edilməklə real vaxt rejimində effektlər tətbiq edə bilən dünyada ilk kino kamerası yaradılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Techradar” məlumat yayıb.

Qurğunun prototipini SpecialGuestX kreativ agentliyinin və “1stAveMachine” şirkətinin mütəxəssisləri nümayiş etdiriblər. Məhsul çəkilişdən sonra təsviri emal etmədən real vaxt rejimində şəkilləri təkmilləşdirə və xüsusi effektlər tətbiq edə bilər.

Cihaz Stabil Diffuziya əsasında süni intellekt modelinə qoşulub. Əməliyyat zamanı kamera çəkilişləri neyron şəbəkəsi tərəfindən emal edilir, operator və rejissorun ekranına göndərilir. Beləliklə, film çəkərkən xüsusi effektlər tətbiq olunmaqla real görüntünün necə göründüyünü dərhal görmək mümkün olacaq.

Mühəndislər əvvəlcədən təyin edilmiş bir neçə filtr yarada biliblər. Həmin filtrlər imkan verir ki, kadrdakı qəhrəman istənilən geyimdə təqdim oluna bilər. Bundan əlavə, operator şəhər mənzərəsini cəngəlliyə çevirərək fonu dəyişə bilər.

“Bəzən gələcəyin nə ola biləcəyini təsəvvür etmək üçün bir prototip yaratmaq lazımdır. Bu, xüsusilə film çəkilişi, yaradıcı texnologiya və yaradıcı cəmiyyətə gəldikdə doğru sayılır”, – deyə “SpecialGuestX”-in prodüseri Aaron Daffy bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*