Dünyada təxminən 300 min insan koronavirusa yoluxdubackend

Dünyada təxminən 300 min insan koronavirusa yoluxdu

Dünyada koronavirus xəstələrinin ümumi sayı 294 110 nəfər, ölənlərin sayı 12 944 nəfər olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Dünya Səhiyyə Təşkilatı yayıb.

Ən çox yoluxma və ölüm halları Avropa bölgəsində qeyd edilib – müvafiq olaraq 151,293 və 7,426 hal. Gün ərzində orada yoluxanların sayı 22 752, ölüm hallarının sayı 1426 artıb.

İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanı əhatə edən Qərbi Sakit Okean bölgəsidir. Burada  94.787 yoluxma, 3.388 ölüm hadisəsi var.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 22 mart tarixində Avropada ən çox yoluxan İtaliyada qeydə alınıb – 53.578. Sonrakı yer İspaniyaya qismət olub – 24.926,

Almaniya – 21 463, Fransa – 14 459, İsveçrə – 6 077, Böyük Britaniya – 5 018, Hollandiya – 3 631, Avstriya – 3 024, Belçika – 2 815. Norveç ilk onluğu bağlayır – 1 926.

Dörd yeni ölkədə koronavirus aşkarlandığı bildirilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*