Fransa Yeni Kaledoniya adlı yeni dövlətin yaradılması haqqında müqavilə imzalayıb.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məqalədə deyilir: “Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar şənbə günü səhər saatlarında Fransadan tamamilə müstəqil olmayacaq yeni bir dövlət yaratmaq üçün razılıq əldə etdiklərini elan etdilər”.